Hikmət Hacıyev Brüsseldə NATO-nun Baş katibinin müavini ilə görüşüb

17 May 2021 - 21:02

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mayın 17-də NATO-nun Baş katibinin müavini Mirça Coane ilə görüşüb.

NATO-nun saytı xəbər verir ki, görüş mayın 17-də Brüsseldə, NATO-nun mənzil-qərargahında keçirilib.