“Müzakirələrimizi İran İslam Respublikası xarici işlər nazirinin ikitərəfli və regional məsələlər üzrə müavini Dr. Seyid Səccadpurla davam etdirmək çox xoş idi”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev şəxsi “Twitter” səhifəsində bildirib.
“Ölkələrimiz arasında yaxşı qonşuluq əlaqələrini bir daha təsdiqlədik, həmçinin akademik və tədqiqat sahədə əməkdaşlığın əhəmiyyətini vurğuladıq”, – deyə H.Hacıyev qeyd edib.