Hikmət Hacıyev Təhlükəsizlik Dialoqu çərçivəsində görüş keçirib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Avropa İttifaqı-Azərbaycan Təhlükəsizlik Dialoqu çərçivəsində görüş keçirib.

Bu barədə Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda Səfirliyi Avropa İttifaqı yanında Nümayəndəliyi məlumat yayıb.

Qeyd olunub ki, görüşdə IV Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqu çərçivəsində ortaq maraqlar, tərəfdaşlığın genişlədirilməsi və daha stabil region yaratmaq üçün birgə işləmək yolları müzakirə edilib.

Əvvəlki məqalə

Türkiyədə güclü zəlzələ olub

Sonrakı məqalə

“Ərazi bütövlüyü məsələsində Azərbaycana qarşı böyük ədalətsizlik var” –