Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Hikmət Hacıyev Ermənistanla normallaşma prosesindən danışıb

User 17 Aprel 2026 - 19:06 (Last updated: 17 Aprel 2026 - 19:16)
hikmet01

Artıq Azərbaycan və Ermənistan arasında ticarət əlaqələri başlayıb.

APA-nın Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz: Formalaşmaqda olan strateji Mərkəz” panelində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

“Biz artıq Antalya Diplomatiya Forumuna sülh gündəliyi ilə gəlirik. Regionda artıq əvvəlki kimi müharibə və qarşıdurma yoxdur. Azərbaycan Vaşinqton sammitinin həm məzmununa, həm də ruhuna sadiqdir. Donald Trampın iştirakı ilə Ermənistan–Azərbaycan normallaşma prosesi dəstəklənib və iki ölkə arasında normallaşma sazişi paraflanıb. Biz həm də başa düşürük ki, dövlətlər arasında gözəl sənədlər qəbul oluna bilər, lakin bu sənədlər yalnız kağız üzərində qalmamalıdır. Əsas məsələ praktik addımların atılmasıdır və Azərbaycan bu istiqamətdə konkret addımlar nümayiş etdirib. Biz Ermənistan tərəfi ilə praqmatik qarşılıqlı fəaliyyət quraraq sülh gündəliyini real müstəviyə keçirməyə, onu möhkəmləndirməyə və konkret tədbirlərə çevirməyə çalışırıq ki, bu da iki ölkə arasında etimadın formalaşmasına zəmin yaratsın. Bu kontekstdə birinci istiqamət üzrə irəliləyiş müsbət gedir və biz digər istiqamətlər üzrə də dinamikanı artırmağa çalışırıq. Eyni zamanda, Ermənistan və Azərbaycan arasında ticarət əlaqələri artıq başlayıb. Bu kimi addımlar bir neçə il əvvəl görünməmiş hesab olunurdu, lakin indi bu, reallığa çevrilir”, – Hikmət Hacıyev qeyd edib.

AzPost.az

Post navigation

Previous: Tramp İranın bir də heç vaxt Hörmüz boğazını bağlamayacağını bildirib
Next: Məqsədimiz enerji resurslarımızı Avropa bazarına daha geniş şəkildə çatdırmaqdır –

Oxşar xəbərlər

qudret bey
  • Sosial

“Şəhid ailələrinə, müharibə əlillərinə mənzil əvəzinə pul verilsin” – Deputat

User 11 Noyabr 2026 - 13:11
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 11 Noyabr 2026 - 12:45
yataqxana
  • Sosial

Şəhid anası 6 ildir yataqxanada yaşayır – “Oğlumu Vətənə verdim, özümə sahib çıxan yoxdur”

User 11 Noyabr 2026 - 12:13

xƏBƏR

qudret bey
  • Sosial

“Şəhid ailələrinə, müharibə əlillərinə mənzil əvəzinə pul verilsin” – Deputat

User 11 Noyabr 2026 - 13:11
Deputat şəhid ailələri, müharibə əlilləri və ehtiyacı olan hərbçilərə mənzil əvəzinə pul kompensasiyası verilməsini təklif edib. Milli...
Read more about “Şəhid ailələrinə, müharibə əlillərinə mənzil əvəzinə pul verilsin” – Deputat
Əbu-Dabidə Ukrayna üzrə danışıqların ikinci mərhələsi başladı – Masada hansı məsələlər var? rus ukr danisiq abu dabi
  • Dünya

Əbu-Dabidə Ukrayna üzrə danışıqların ikinci mərhələsi başladı – Masada hansı məsələlər var?

User 11 Noyabr 2026 - 12:53
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 11 Noyabr 2026 - 12:45
İlham Əliyev Antalyada COP31-in Liderlər Sammitinə gəlib İlham Əliyev
  • Siyasət

İlham Əliyev Antalyada COP31-in Liderlər Sammitinə gəlib

User 11 Noyabr 2026 - 12:37
Ukrayna ordusunu saxlamaq üçün Qərbdən 10 illik maliyyə dəstəyi istəyir ukrayna ordu
  • Dünya

Ukrayna ordusunu saxlamaq üçün Qərbdən 10 illik maliyyə dəstəyi istəyir

User 11 Noyabr 2026 - 12:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.