Məqsədimiz enerji resurslarımızı Avropa bazarına daha geniş şəkildə çatdırmaqdır –Hikmət Hacıyev

“Məqsədimiz enerji resurslarımızı Avropa bazarına daha geniş şəkildə çatdırmaqdır“.

APA-nın Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz: Formalaşmaqda olan strateji Mərkəz” panelində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

“Azərbaycanın enerji siyasətinə gəldikdə, biz Avropa İttifaqı və digər tərəfdaşlar üçün etibarlı tərəfdaş kimi çıxış etmişik. Eyni zamanda biz Azərbaycanın enerji ixracının coğrafiyasını genişləndiririk. Bu yaxınlarda Türkiyə ilə birlikdə Azərbaycan qazının Suriyaya çatdırılmasına başlamışıq. Bu, Azərbaycan–Türkiyə–Suriya arasında üçtərəfli əməkdaşlığın uğurlu modeli kimi qiymətləndirilir. Azərbaycan qlobal enerji təchizatına, xüsusilə də Avropa istiqamətində töhfə verməyə davam edəcək. Eyni zamanda müşahidə edirik ki, qlobal enerji təhlükəsizliyi müəyyən sarsıntılar yaşayır. Buna görə də Azərbaycan karbohidrogen ehtiyatları ilə yanaşı, bərpa olunan enerji potensialına da investisiya yatırır və bu sahədə ixrac imkanlarını genişləndirməyi hədəfləyir. Məqsədimiz enerji resurslarımızı Avropa bazarına daha geniş şəkildə çatdırmaqdır. Bu istiqamətdə biz Mərkəzi Asiya tərəfdaşlarımızla da əməkdaşlıq edərək onların resurslarının daşınmasına çalışırıq”, – Hikmət Hacıyev qeyd edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.