Hindistan vətəndaşı dəm qazından boğulub –

Sumqayıtda
03 Fevral 2020 - 23:51

Sumqayıt şəhərində əcnəbi vətəndaş yaşadığı mənzildə ölüb.

Hadisə şəhərin 21-ci məhəlləsində qeydə alınıb.

İki həftə bundan öncə Sumqayıta gələn Hindistan vətəndaşı 1995-ci il təvəllüdlü Ranjit Surjit Kumar oglu kirayədə qaldığı evin hamamında dəm qazından boğularaq olub.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.(APA)

Faktla bağlı araşdırma aparılır.