Hindistan Zelenskini G20-nin sammitinə dəvət etməkdən imtina edib- AÇIQLAMA

“Ukrayna nümayəndə heyəti və prezident Vladimir Zelenski Yeni Dehlidə keçiriləcək G20 sammitinə dəvət edilməyəcək”.

Azpost.info xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar brifinq zamanı bildirib.

Onun sözlərinə görə, iclasda yalnız G20 üzvləri, eləcə də Hindistanın dəvət etdiyi dövlətlər iştirak edəcək.

“G20 sammitində G20-yə üzv dövlətlər, eləcə də dəvət etdiyimiz ölkələr və təşkilatlar iştirak edəcək. Biz G20-yə sədrlik edəndən dərhal sonra qonaqların siyahısını açıqladıq. Bu, yenidən nəzərdən keçirilən bir məsələ deyil. Və biz bu məsələni heç kimlə müzakirə etmirik”, – XİN rəhbəri deyib.

Azpost.info

Əvvəlki məqalə

“Səbəb pul olsaydı, Səudiyyə Ərəbistanına gedərdim” –

Sonrakı məqalə

Türkiyə lirəsi sürətlə ucuzlaşır