Hindistanda təyyarə qəzasında ölənlərin sayı 20 nəfərə çatıb-140 nəfər xəsarət alıb

Hindistanın “Air India Express” hava yollarına məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.

“Economic Times” saytının  verdiyi xəbərə görə, təyyarənin göyərtəsində 174 sərnişin və 6 uçuş heyəti üzvü olub.
Dubaydan uçan təyyarə Hindistanın Kerala ştatının Kəlkətə hava limanına eniş edərkən uçuş-enmə zolağından çıxaraq qəzaya uğrayıb.

“Boeing 737” sərnişin təyyarəsinin qəza enişi etməsi nəticəsində 20 nəfər ölüb, 140 nəfər xəsarət alıb.

TASS xəbər verir ki, bu barədə  “Hindustan Times” nəşri məlumat yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sumqayıtda hamilə qadın dənizdə boğularaq ölüb

Sonrakı məqalə

Beyrut dəniz limanında baş vermiş partlayışla bağlı 19 nəfər həbs edilib