Hindistanın keçmiş prezidenti Pranab Mukherci koronavirusdan vəfat edib

Hindistanın keçmiş prezidenti Pranab Mukherci koronavirusdan vəfat edib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə onu oğlu bildirib.

Avqustun 10-da Mukhercinin yeni növ koronavirusa yoluxduğu bildirilmiş və o, xəstəxanaya yerləşdirilmişdi. Həkimlər onun komada olduğunu və süni tənəffüs aparatına qoşulduğunu bildirmişdi.
Qeyd edək ki, Pranab Mukherci 2012-2017-ci illərdə Hindistanın prezidenti olub. O, müxtəlif illərdə hökumət kabinetində Xarici İşlər naziri, Maliyyə naziri postlarında çalışıb.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda 126 nəfər koronavirusa yoluxdu-

Sonrakı məqalə

Sentyabrın 1-də dolların manata qarşı məzənnəsi