Hizbullah lideri Həsən Nəsrullah öldürülüb –İsrail Müdafiə Nazirliyi bəyanat yaydı

 İsrail Hərbi Hava Qüvvələrinin Livanın paytaxtı Beyruta endirdiyi raket zərbəsi nəticəsində Hizbullah lideri Həsən Nəsrullah öldürülüb.

Azpost.info bildirir ki, bu barədə İsrail ordusu məlumat yayıb

“Həsən Nəsrullah Hizbullahın Cənub Cəbhəsinin komandiri Əli Kərki və digər Hizbullah komandirləri ilə birlikdə məhv edilib  İDF və İsrail təhlükəsizlik xidmətlərinin dəqiq kəşfiyyat məlumatlarından sonra Hərbi Hava Qüvvələrinin qırıcıları Beyrutun Dahieh rayonunda yerin altında və yaşayış binasının altında yerləşən Hizbullahın mərkəzi qərargahına hədəfli zərbə endiriblər. Zərbə Hizbullah komandanlığının qərargahından fəaliyyət göstərdiyi və İsrail vətəndaşlarına qarşı terror fəaliyyətini təşviq etdiyi vaxt baş verib”, – deyə İsrail Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.