Hökumət 30 dəfə qaldırdığı qiyməti 30 faiz endirməyi planlaşdırır

“Hökumət 5 il öncə 30 dəfə qaldırdığı rüsumu azaltmaq istəyir. Nazirlər Kabinetinin 31 iyul 2018-ci il 336 saylı qərarı ilə bu rüsum 30 dəfəyədək qaldırılıb və telefonun qiymətindən asılı olaraq 20 manat -150 manat arasında müəyyən edilib”.
Azpost.info bildirir ki, bu barədə ekspert Osman Gündüz bildirib.
Onun sözlərinə görə, indi isə hökumət şəxsi istehlak üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun məbləğlərini azaltmaq istəyir.
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə bu məsələ müzakirə edilib .Qeydiyyat rüsumlarının təxminın 25-30 faiz endirilməsi nəzərdə tutulub.
Təkliflər yalnız qanun qəbul edildikdən sonra qüvvəyə minəcək.
2018-ci ilədək ölkəmizdə mobil cihazların qeydiyyat rüsumu 5 manat olub.
Əvvəlki məqalə

Rusiyanın ən böyük mobil operatoru tarifləri kəskin artırır

Sonrakı məqalə

QHT-lərin qrant məbləğinin müəyyən edilməsi meyarları, qrantların yuxarı həddi müəyyənləşib