Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciət edib.
TASS-ın məlumatına görə, ölkədə keçirilən kütləvi etiraz aksiyaları fonunda dövlət başçısı əhaliyə üz tutub: “Hökumət süqut etməyəcək. Soydaşlarımızı tədbirli olmağa, vətəndaşları daxili və xarici təxribatlara uymamağa çağırıram”.
Nümayişçilərin hərəkətlərini tamamilə qanunsuz adlandıran Prezident hazırda konflikt yox, qarşılıqlı etibar və dialoq lazım olduğunu bildirib.