Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Hökumət komissiyası Gədəbəyə gəlib –

User 22 İyun 2023 - 12:18 (Last updated: 21 May 2025 - 20:15)
komisya gedeby

Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiyanın üzvlərinin iştirakı ilə Gədəbəy Rayon İcra Hakimiyyətində iclas keçirilib.

İclasda komissiya üzvləri ilə yanaşı, rayon rəsmiləri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak edib.

İclasda Söyüdlü kəndində vəziyyət müzakirə olunub.

Komissiya üzvləri iclasdan sonra Söyüdlü kəndinə gedəcək, kənd sakinləri ilə görüşəcək, süni gölün tikintisi aparılan əraziyə baxış keçirəcəklər.

 

Komissiya Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılmasını və mövcud vəziyyətin qiymətləndirilməsini təmin etməli, sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərini araşdırmalı, monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.

Qeyd edək ki, iyunun 21-də Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb.

Komissiyaya ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev rəhbərlik edir. Komissiyaya səhiyyə nazirinin, fövqəladə hallar nazirinin, kənd təsərrüfatı nazirinin müavinləri, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir. (APA)

 

Post navigation

Previous: Avropa İttifaqının deputatları Azərbaycanla sərhəddə Həkəri körpüsünə gəlib
Next: Söyüdlüdə monitorinq qrupları çalışır –

Oxşar xəbərlər

aqrar03
  • Baş Yazı

Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun hazırlanır – Fermerləri nə gözləyir?

User 23 Oktyabr 2026 - 15:05
ilham ferhad
  • Baş Yazı

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib -YENİLƏNİB

User 23 Oktyabr 2026 - 14:58
yasil enerji esas
  • Baş Yazı

Azərbaycan Avropaya yaşıl enerji satacaq – Ölkə ildə nə qədər qazana bilər? / ANALİZ

User 23 Oktyabr 2026 - 14:19

xƏBƏR

zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
Ukrayna, ABŞ və Rusiya nümayəndələri arasında üçtərəfli formatda ilk texniki görüş noyabrın birinci yarısında Birləşmiş Ərəb Əmirliklərinin...
Read more about Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı
Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb serhed rus esas
  • İqtisadiyyat

Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb

User 23 Oktyabr 2026 - 20:30
Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır qida axsam
  • Maraqlı

Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır

User 23 Oktyabr 2026 - 20:15
Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı? google podkast
  • Maraqlı

Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı?

User 23 Oktyabr 2026 - 20:05
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.