Hökumət Tural Abbaslıya 4 min avro kompensasiya ödəyəcək –Avropa Məhkəməsi qərar verdi

Avropa Məhkəməsi Ağ Partiyanın sədri Tural Abbasılının işi üzrə qərarını açıqlayıb.

Azpost.info bildirir ki, bu barədə vəkil Əsabəli Mustafayev məlumat verib.

Avropa Məhkəməsinə şikayət 2013-cü ildə edilib.  O zaman Tural Abbaslı mitinqdə iştiraka görə cərimə olunub. Cəriməni ödəmədiyi üçün barəsində içtimai işlər tətbiq edilib. Onu da icra etmədiyi üçün barəsində inzibati həbs tədbiri seçilib. “Şikayət bu qərardan idi. Hökümət pozuntunu könüllü etiraf edərək kompensasiya ödənişi ilə işi yekunlaşdırmağı təklif edib“-deyə vəkil vurğulayıb.

Tural Abbaslıya mənəvi zərərə görə 4000 avro, hüquqi yardıma görə 500 avro kompensasiya ödəniləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

MEDİA və AZTV-nin Teleradio Akademiyası jurnalistlər üçün yeni layihəyə başlayır –

Sonrakı məqalə

Prezident minatəmizləmə ilə bağlı fərman imzalayıb