Hollivudda SSRİ-nin məşhur filminin amerikan versiyası çəkilir –

Baş rolları kim oynayır? (FOTOLAR)
01 İyul 2021 - 11:22

Hollivudda SSRİ-nin məşhur komediya filmi sayılan “Taleyin ironiyası və ya həmişə təmizlikdə” filminin amerikan versiyası çəkilir. 

Azpost.info bildirir ki, bununla bağlı kadrlar internetdə yayılıb. Çəkilişlər hazırda Bostonda aparılır. Filmin şərti adı “About Fate” adlanır.

Marqo ( sovet versiyasında olan Nadya) rolunu 30 yaşlı Emma Roberts oynayır. Fotolarda o 29 yaşlı Tomas Mannla əks edilib. Mann “Jenya” rolunda çəklir. Kadrlarda qəhrəmanlar Milad bayramını qeyd edirlər.

Filmin premyerasının vaxtı məlum deyil.