Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Honkonq qripi ilə bağlı risk qruplarını açıqlandı

Orkhan Ali 05 Yanvar 2026 - 11:06 (Last updated: 05 Yanvar 2026 - 10:43)
koronavirus

koronavirus

Honkonq qripi bəzi insan qrupları üçün daha ciddi təhlükə yarada bilər. AzPost xəbər verir ki, tibb elmləri doktoru, infeksionist Yelena Malinnikova bu xəstəliklə bağlı risk qrupuna daxil olan şəxsləri açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, Honkonq qripi zamanı ən yüksək risk qrupuna xroniki ağciyər xəstəliklərindən əziyyət çəkənlər, uşaqlar, hamilə qadınlar və immun çatışmazlığı olan şəxslər daxildir. Xüsusilə xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX) olan pasiyentlərdə infeksiya daha ağır keçir və ölüm halları əsasən bu qrupda qeydə alınıb.

Viroloq qeyd edib ki, hamilə qadınlar da immun sistemində baş verən dəyişikliklər səbəbindən Honkonq qripinə qarşı daha həssas hesab olunur. Bu səbəbdən onlar üçün xəstəliyin ağırlaşma riski daha yüksəkdir.

Malinnikovanın sözlərinə görə, immun çatışmazlığı yalnız xroniki xəstəliklər fonunda deyil, müvəqqəti olaraq da yarana bilər. Soyuqdəymə, güclü stress, həmçinin həddindən artıq fiziki yüklənmə orqanizmin müdafiə qabiliyyətini zəiflədir. Belə hallarda Honkonq qripi daha ağır keçir və sağalma prosesi çətinləşə bilər.

Mütəxəssislər risk qrupuna daxil olan şəxslərə profilaktik tədbirlərə ciddi əməl etməyi, həkim tövsiyələrinə riayət etməyi və ilk simptomlar zamanı vaxt itirmədən tibbi yardıma müraciət etməyi tövsiyə edirlər.

AzPost.az

Post navigation

Previous: Venesueladakı hadisələr fonunda neft ucuzlaşır
Next: Novruz və Ramazan bayramlarında neçə gün iş olmayacaq?

Oxşar xəbərlər

kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19
turk xin
  • Gündəm

Türkiyə Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

User 18 Oktyabr 2026 - 12:23
turk azerbaycan
  • Gündəm

Azərbaycanın milli maraqları və Türkiyənin regional siyasəti:

User 17 Oktyabr 2026 - 15:00

xƏBƏR

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
“Fəxr edirəm ki, dinlərarası dialoq və məzhəblərarası anlaşma məkanı kimi tanınan ölkəmizin unikal təcrübəsi nümunə olaraq qəbul...
Read more about Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək
Məhəmmədhaqqının 70-ci yubiley Haqqı musa02
  • Sosial

Məhəmmədhaqqının 70-ci yubiley Haqqı

User 28 Oktyabr 2026 - 12:58
“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
Azərbaycanın elektrik ixracı 67% azalıb – ölkə niyə xaricə daha az enerji satır? enerji
  • Baş Yazı

Azərbaycanın elektrik ixracı 67% azalıb – ölkə niyə xaricə daha az enerji satır?

User 28 Oktyabr 2026 - 12:26
İƏT ölkələrinin antikorrupsiya qurumlarının rəhbərlərinin görüşü keçirilir iet korpu
  • Sosial

İƏT ölkələrinin antikorrupsiya qurumlarının rəhbərlərinin görüşü keçirilir

User 28 Oktyabr 2026 - 11:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.