“Humanitar dəhlizlərin dərhal açılmasını tələb edirik”- Fələstin prezidenti

“Biz İsrailin Fələstin xalqına qarşı təcavüzünə son qoyulmasını və humanitar dəhlizlərin dərhal açılmasını tələb edirik”.

Azpost.info xəbər verir ki, bunu Fələstin prezidenti Mahmud Abbas bildirib.

Yeni Qahirədə keçirilən Fələstin üzrə Qahirə Sülh Sammiti zamanı o, dünya ictimaiyyətindən SAXAL-a təsir göstərməyi və İsrailin təcavüzünü dayandırmağı tələb edib.

Onun sözlərinə görə, Qəzza zolağına təcili humanitar dəhlizlər açılmalıdır.

Prezident mülki şəxslərə qarşı hücumları pisləyib və bütün məhbusları azad etməyə çağırıb.

M.Abbas əlavə edib ki, Qəzza zolağının sakinləri ərazilərdən zorla çıxarılmamalıdır.

Azpost.info

Əvvəlki məqalə

“Fələstinlilər heç vaxt torpaqlarını tərk etməyəcək” –

Sonrakı məqalə

HƏMAS-ın girovluğunda neçə nəfər var?