Hüseyn Dəryanın əsgərlikdə olarkən dediyi meyxana –

1995-ci ildə çəkilmiş VİDEO
20 Avqust 2020 - 22:58

İnternetdə mərhum reper Hüseyn Dəryanın hərbi xidmətdə olduğu zaman şəxsi heyətin qarşısında meyxana dediyi videokadrlar yayımlanıb.

Azpost.info bildirir ki, 1995-ci ildə çəkilən bu görüntülərin Hüseyn Dəryanın xidmət etdiyi Goranboy rayonunda çəkildiyi qeyd olunub.

Hüseyn Dərya 1975-ci il iyun ayının 29-də Bakının Bakıxanov qəsəbəsində anadan olub. İlk təhsilini Nərimanov rayonunda yerləşən 4 saylı fars təmayüllü məktəbdə almıb. Daha sonra Bakı Dövlət Universitetinə qəbul olunmasına baxmayaraq, Hüseyn Dərya təhsilini yarımçıq qoyaraq Qarabağ müharibəsində iştirak edib. Dörd il iki ay hərbi xidmətdə olmuşdur.

 

Hip hop karyerası 2000-ci ildən başlayıb.

2014-cü il martın 14-də gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı Opel Astra markalı minik avtomobilini onunla eyni istiqamətdə hərəkət edən KamAZ markalı maşınla toqquşub. Nəticədə ağır xəsarətlər alan Hüseyn Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Lakin martın 15-də səhər saatlarında o dünyasını dəyişib.