Husilər Hind okeanında üç gəmiyə hücum ediblər

Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının husiləri Hind okeanında üç gəmiyə hücum edib.

Azpost.info xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Sariya bildirib.

“Yəmən silahlı qüvvələri İsrail gəmilərinə, eləcə də bu ölkə ilə əlaqəli olan gəmilərə qarşı əməliyyatlarının əhatə dairəsini genişləndirməyə, onları Hind okeanı vasitəsilə genişləndirməyə başlayıb. Artıq bir neçə dəniz raketləri və drondan istifadə etməklə Hind okeanında İsrail və ABŞ gəmisinə qarşı üç əməliyyat həyata keçirilib”, – Sariya deyib.

O, Afrikanın cənubundan İsrailə gedən ticarət gəmilərinin husilər üçün qanuni hədəf olacağını da bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.