Həbs edilən DSX polkovniki azadlığa buraxılıb

Bakı Hərbi Məhkəməsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxsi, polkovnik Əzizov Samiq Yusif oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Prosesdə hökm oxunub.

Hökmə əsasən, Samiq Əzizova şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, DSX polkovniki S. Əzizov digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən istifadə edərək Xəzər dənizində balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı sərbəst çıxışlarına şərait yaratmaqda ittiham olunurdu.

Ona qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 308-ci ( vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

Sonrakı məqalə

Azərbaycan neçə erməni əsiri geri qaytarıb? –