“Rusiyanın Belarusa təhvil verəcəyinə söz verdiyi taktiki nüvə silahlarının yerləşdirilməsinə iyunun 8-dən sonra başlanacaq”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Soçidə belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşündə bildirib.
Onun sözlərinə görə, həmin vaxta qədər Belarusda taktiki nüvə silahı üçün qurğuların hazırlanması başa çatdırılacaq.
“Razılaşdığımız ən həssas məsələlərdə hər şey plan üzrə gedir. İyulun 7-8-də müvafiq obyektlərin hazırlığı başa çatdırılacaq, ərazinizdə müvafiq silah növlərinin yerləşdirilməsi ilə bağlı tədbirlər dərhal başlayacaq. Hər şey plan üzrə gedir”, – Putin bildirib.
Bundan başqa, Rusiya lideri qeyd edib ki, bu gün İttifaq dövlətində təhlükəsizlik vəziyyəti sabit, hətta yaxşıdır.
Mayın 25-də Lukaşenko Belarus ərazisində nüvə silahlarının daşınmasına başlanıldığını bəyan edib. Onun sözlərinə görə, əməliyyat Rusiya ilə taktiki nüvə silahlarının yerləşdirilməsinə dair razılaşmalar çərçivəsində həyata keçirilir.
Azpost.info
