“Hər şeyə Allah qərar verir…” –MESSİ

“Mən söz verənlərdən deyiləm və indiyə kimi heç kimə vəd verməmişəm. Sadəcə, düşünürəm ki, hər şeyə Allah qərar verir. O bilir ki, hansı an nə vaxt gələcək və nə baş verəcək”.

Bunu PSJ-nin argentinalı hücumçusu Lionel Messi “Ole” nəşrinə dinə münasibətindən danışarkən bildirib.

O, həm futbolda, həm də həyatında başına gələn hər şeyə görə həmişə minnətdar olduğunu vurğulayıb.

“Nə baş verməlidirsə, o da olacaq. Məncə, buna Allah qərar verir”, – deyə Messi əlavə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.