“Kurtlar Vadisi” geri qayıdır –"Serial yenidən tələb olunur”

Türkiyənin məşhur seriallarından olan “Kurtlar Vadisi” geri dönür.

Bu barədə serialın baş qəhrəmanı, “Polat Alemdar” obrazını canlandıran Necati Şaşmaz “TRT Music”in efirində qonaq olarkən deyib.

“Hazırda hazırlıq işləri gedir. Yanvar ayında çəkilişlərə başlamağı düşünürük. Ömrümün 20 ili bu serialla keçdi. Dəyərli, lakin çox yorucu işdir. Fikirləşdik ki, bir az ara verməliyik. İndi yenidən serial tələb olunmağa başlayıb” – deyə N.Şaşmaz bildirib.

 

Əvvəlki məqalə

“Hər şeyə Allah qərar verir…” –

Sonrakı məqalə

Bayden G20 sammitinin ilk iclasına yarım saat gec gəlib