İƏT azad edilmiş ərazilərdəki monitorinqlərin nəticələrinə dair hesabat hazırlayacaq

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparacağımız monitorinqlərin nəticələrinə dair hesabat hazırlayacağıq.

Bunu jurnalistlərə açıqlamasında İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaiman deyib.

O bildirib ki, artıq bu məsələ ilə bağlı ikinci monitorinq üçün Azərbaycanda səfərdədirlər.

“Bundan əvvəl də monitorinq aparılıb və orada olan dağıntılar qeydə alınıb. Bu səfərimiz çərçivəsində də əsasən dini və tarixi abidələrə vurulmuş zərərlə bağlı hesabat hazırlayacağıq. Bu hesabat da 2021-ci ildə hazırlanmış hesabat kimi aiddiyatı qurumlara təqdim olunacaq”.

Əvvəlki məqalə

Rusiyada hər 5 nəfərdən biri Priqojinin qətlini Putinin qisası hesab edir

Sonrakı məqalə

Naxçıvandakı mövqelərimiz atəşə tutulub