İbrahim Rəisi səsvermənin nəticələrinə görə liderdir –

İran MSK nəticələri açıqlayıb
19 İyun 2021 - 11:24

İranda keçirilmiş prezident seçkilərinin ilkin nəticələrinə görə, İbrahim Rəisi liderlik edir.

Azpost.info İRNA-ya istinadən bildirir ki, bu barədə DİN-in yanında seçkilərin keçirilməsi üzrə Qərargahın rəhbəri Camal Orf açıqlama verib. Sayılmış bülletenlərin nəticələri belədir: İbrahim Rəisi 28 milyon 600 min səsin 17 milyon 800 minini qazanıb.

Rezai 3 miyon 200 min, İran Milli Bankının sabiq sədri Əbdül Nasir Himməti 2 milyon səs toplayıb.

İran parlamentinin sabiq sədr müavini Əmir Hüseyn Haşimi isə 1 milyon səs alıb.

Rəsmi nəticələr tezliklə açıqlanacaq.