İçərişəhərdə yaşayış binasında olan partlayışda 4 nəfər xəsarət alıb

07 Fevral 2020 - 19:30

İçərişəhərdə yaşayış binasında baş verən partlayışda yaralanan şəxslərin adları məlum olub.

Partlayış zamanı evin dəhlizinin tavan hissəsində 3 kv/m sahədə dağıntı əmələ gəlib.

Hadisə nəticəsində ev sahibi 72 yaşlı Vaqif İsmayılov, gəlini Səidə İsmayılova, nəvələri 14 Yaşlı Rəvan və 18 yaşlı Fərid xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Ev sahibinin oğlu Ceyhun İsmayılovun xəsarəti yüngül olduğundan, ona hadisə yerində tibbi yardım göstərilib. 

TƏBİB-dən APA-ya verilən məlumata görə, xəstəxanaya yerləşdirilən yaralılardan ikisinə ambulator yardım göstərildikdən sonra evə buraxılıb, digər iki nəfər isə stasionar şöbədə müalicə alır. Onların vəziyyətləri stabildir.