“İçir və hər gün ağlayır…”- Kim Çen In “orta yaş sindromu” yaşayır

“Şimali Koreya lideri Kim Çen In “orta yaş sindromu” yaşayır”.

Azpost.info xəbər verir ki, bu barədə “Mirror” yazıb.

Nəşrin mənbələri Kim Çen Inın spirtli içki qəbul etdiyini və hər gün ağladığını bildiriblər.

“Eşitmişəm ki, çox içəndən sonra ağlayır. O, çox tənhadır və təzyiq altındadır”, – mənbə bildirib. O, əlavə edib ki, Kim Çen Inın 40 yaşı tamam olduğu üçün səhhətindən narahatdır.

“Kim səhhəti ilə bağlı çox təlaşlıdır. Xaricə “tualeti” ilə səfər edir ki, casuslar onun nəcisində ipucu axtarmasınlar”, – “Mirror” yazır.

O da qeyd olunur ki, həkimlər və həyat yoldaşı Şimali Koreya liderinə daha tez-tez idmanla məşğul olmağı tövsiyə ediblər. Lakin o, bu istəklərə məhəl qoymur.

Azpost.info

 

Əvvəlki məqalə

Zelenski Arestoviçin istefa ərizəsini qəbul edib

Sonrakı məqalə

Avropa İttifaqı Ukraynaya 3 milyard avro ayırdı