Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

İctimai Birlik Laçında qadınlarla görüşüb

User 18 Avqust 2025 - 17:46 (Last updated: 18 Avqust 2025 - 18:49)
ge01

“Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin “Qadın Təşəbbüs qruplarının yaradılmsı” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi müsabiqənin qalibi olaraq Qarabağda və Şərqi Zəngəzurda uğurla fəaliyyət göstərir.

Layihənin əsas məqsədi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərindən Qarabağ və Şərqi Zəngəzurda qadınların cəmiyyətə inteqrasiyasını gücləndirmək, onların iqtisadi, mədəni və sosial proseslərdə iştirakına dəstək verməkdir. 20 il müddətində Gəncə şəhərində və ətraf rayonlarda müvəqqəti məskunlaşan  məcburi köçkün icmaları ilə daim işləyən “Gəncə Regional Qadın Mərkəzi” “Suverenlik ili”ndə fəaliyyətini “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən dayanmadan tikilən və inkişaf edən Şərqi Zəngəzurda davam etdirir.

Şərqi Zəngəzurun mirvarisi hesab edilən Laçında layihə çərçivəsində növbəti görüş təşkil edilmişdir. Laçının müxtəlif idarə və müəssisələrində çalışan, QHT-nın yerli nümayəndələri olan qadınlarla görüş keçirilmişdir. Görüşdə Laçın Xüsusi Nümayəndəliyinin səlahiyyətli şəxsləri də iştirak etmişdir. “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi İdarə Heyətinin sədri Məleykə Əlizadə çıxış edərək layihənin məqsədi və hədəflər haqqında məlumat verdi. Azərbaycanda mövcud qanunvericiliyə görə qadınların müxtəlif sahələrdə iştirakçılığını artırmaq üçün dövlət siyasətindən, bu siyasətin həyata keçirilməsinə dəstək olaraq müxtəlif layihələrin həyata keçirilməsində fəaliyyət göstərən “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi və digər QHT-lərin rolundan danışan Məleykə Əlizadə qadınların, o cümlədən Şuşa xanımlarının cəmiyyətdə xüsusi çəkiyə malik olmaları və bu istiqamətdə iştirakçılıqlarının genişlənməsinin zəruriliyini qeyd etdi. Xüsusilə, Şərqi Zəngəzurun paytaxtı və sərhəddində yaşayan qadınların qayıdışdan sonra cəmiyyətə inteqrasiyasının daha pozitiv olması, qadınların bütün proseslərdə  fəal iştirak etməsi, regionun strateji əhəmiyyətini nəzərə alaraq əhali ilə çox işləmələrində onların rollarının böyük olduğu xüsusi vurğulandı.

Layihənin eksperti Nigar Ramazanova “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” haqqında görüş iştirakçılarına məlumat verdi. Xüsusi strateji əhəmiyyətə malik olan Laçında digər regionlardan fərqli olaraq əhalinin məskunlaşmasının daha sıx olması, bunun səbəbləri, bu proseslərdə qadın iştirakçılığınən rolu barədə danışan N.Ramazanova görüş iştirakçılarına Qarabağın və Şərqi Zəngəzurun iqtisadi, sosial və mədəni inkişafında onların iştirakının vacib olduğunu qeyd etdi. Bu iştirakçılığın nələrdən ibarət ola biləcəyi müzakirə edildi. Tədbirdə iştirak edən idarə, müəssisə, təşkilatların qadın əməkdaşları və QHT nümayəndələri qayıdışdan sonra qadınların cəmiyyətə inteqrasiyası, onların bütün proseslərdə yaxından iştirak edərək dövlət siyasətinə dəstək olmalarının vacibliyi ilə bağlı geniş müzakirələrə qoşuldular, bəzi təklif və tövsiyələrini irəli sürdülər. Görüşün keçirilməsində dəstək olan Laçın Xüsusi Nümayəndəliyinə minnətdarlığımızı bildiririk.

Layihənin sonunda iştirakçılar tərəfindən səsləndirilən təkliflər layihənin hesabatında qeyd ediləcəkdir.

Layihənin fəaliyyəti davam edir.

AzPost.az

Post navigation

Previous: QHT Astarada layihə çərçivəsində növbəti təlim keçirib
Next: Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs edilib

Oxşar xəbərlər

ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47
ilham pese
  • Sosial

İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

User 07 Noyabr 2026 - 10:17

xƏBƏR

Sosial müavinətlər və təqaüdlərlə bağlı
  • Baş Yazı

Ölkədə 2,2 milyon nəfərə hər ay 900 milyon manat ödənilir – Adambaşına nə qədər düşür?

User 07 Noyabr 2026 - 13:56
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin noyabrın 6-da açıqladığı rəqəm diqqət çəkir: Azərbaycanda 2,2 milyon...
Read more about Ölkədə 2,2 milyon nəfərə hər ay 900 milyon manat ödənilir – Adambaşına nə qədər düşür?
Hərbçilərə ali hərbi rütbələr verildi – SƏRƏNCAM ilham aliyev
  • Baş Yazı

Hərbçilərə ali hərbi rütbələr verildi – SƏRƏNCAM

User 07 Noyabr 2026 - 13:48
“Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar ciraq
  • İqtisadiyyat

“Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar

User 07 Noyabr 2026 - 13:17
İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
İlham Əliyev Xankəndidə -Təməlqoyma mərasimlərində iştirak edib ilham xankendi
  • Baş Yazı

İlham Əliyev Xankəndidə -Təməlqoyma mərasimlərində iştirak edib

User 07 Noyabr 2026 - 11:25
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.