İctimai yerlərdə 5 nəfər aktiv koronavirus xəstəsi saxlanılıb –DİN

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 27-də respublika ərazisində 5 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 1 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bu il Azərbaycanın valyuta ehtiyatları 50,1 milyard dollara çatacaq” –

Sonrakı məqalə

“Azeri Light” neftinin bir bareli 65,32 dollara satılır