Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

İdarə müdirinin göstərişi qəzaya səbəb oldu

Orkhan Ali 17 İyun 2025 - 20:41 (Last updated: 17 İyun 2025 - 20:21)
1

Qobustan Rayon İcra Hakimiyyətinin 1 Saylı Yaşıllaşdırma İdarəsinin əməkdaşı mal-qaranı yaşıllıq ərazisindən çıxararkən yol nəqliyyat hadisəsinə səbəb olub. Bu səbəbdən barəsində məhkəmə qərarı verilib.

1969-cu il təvəllüdlü E.M.-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi (velosipedçi, moped və at arabası idarə edən, habelə mal-qara ötürən şəxsin yol hərəkəti qaydalarını pozması) ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb.

Araşdırma zamanı müəyyən edilib ki, E.M. Qobustan Rayon İcra Hakimiyyətinin 1 Saylı Yaşıllaşdırma İdarəsində mühafizəçi vəzifəsində çalışır. 2025-ci il iyunun 9-da idarənin müdiri Rasim Novruzov ona zəng edərək, Qobustan şəhəri, Əlyar Vəliyev küçəsində yerləşən yanacaqdoldurma məntəqəsi yaxınlığındakı yaşıllaşdırma ərazisinə mal-qara daxil olduğunu bildirib və heyvanların ərazidən çıxarılmasını tapşırıb.

E.M. müdirin göstərişini yerinə yetirmək məqsədilə atla əraziyə yollanıb və əhalinin saxladığı heyvanları yaşıllıq sahəsindən çıxarıb. Lakin heyvanlar örüş istiqamətinə deyil, əks istiqamətə qaçaraq asfalt yola çıxıblar.

Bu zaman inəklərdən biri yolla hərəkət edən “VAZ-21093” markalı, “CA” dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə maddi ziyan dəyib.

Məhkəmə qərarı ilə E.M. törətdiyi inzibati xəta səbəbilə 100 manat cərimələnib. Eyni zamanda, avtomobilə dəymiş 2300 manatlıq ziyanı ödəməyi də öz üzərinə götürüb.

Qeyd edək ki, idarə müdiri olan Rasim Novruzov 2024-cü il parlament seçkilərində 87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsindən deputatlığa namizəd olub./Qaynarinfo

AzPost.az

Post navigation

Previous: Məktəbəhazırlıq qruplarına qəbul başlayır
Next: Bakıda bu binalar söküləcək

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra tutduğu vəzifədən gedəcəyini vəd edib. Bu barədə...
Read more about Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.