Suriyanın İdlib bölgəsində Türkiyə Silahlı Qüvvələrinin general-mayoru Sezgin Erdoğan ölüb.
Türkiyə Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, Sezgin Erdoğan vəzifəsini icra edərkən səhhəti pisləşib və xəstəxanaya aparılıb.
Həkimlərin bütün cəhdlərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.(APA)