Ramiz Mehdiyev və Əli Həsənovun müdir olduqları kafedralar üçün müsabiqə elan olundu

Azərbaycan Respublikasının Prezidenti  yanında Dövlət İdarəçilik Akademiyası 6 kafedrada vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib.

Həmin kafedralar bunlardır:

Politologya  və siyasi idarəetmə                      kafedra müdiri

Dövlət qulluğu və kadr siyasəti                       kafedra müdiri

Beynəlxalq münasibətlər və xarici siyasət      kafedra müdiri

Dövlət idarəetməsi  və menecment                 kafedra müdiri

Fəlsəfə və sosial psixologiya                            kafedra müdiri

Dillər                                                                   kafedra müdiri

Müsabiqədə bu istiqamətlər üzrə elmlər doktoru  və fəlsəfə doktoru  elmi dərəcəsi olan şəxslər iştirak edə bilərlər.

Qeyd edək ki, elandakı iki kafedranın rəhbəri ölkənin tanınmış, məşhur simalarıdır.

Biri Prezident Admninistrasiyasının (PA) sabiq rəhbəri, akademik, AMEA-nın prezidenti Ramiz Mehdiyev, digəri isə professor, Prezidentin İctimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovdur.

R. Mehdiyev “Dövlət qulluğu və kadr siyasəti”, Ə. Həsənov isə “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müdiridir.

Ə. Həsənov 2000-ci ildən, R. Mehdiyev isə 1990-ci illərdən kafedra müdiri vəzifəsini tutur.

Bir çoxları bunun təsadüf olmadığını, hakimiyyətin “gözündən düşmüş” həmin şəxslərlə tam “üzülüşmə” prosesinin tərkib hissə olduğunu bildirirlər.

Bu baxımdan, hər iki şəxsin təkrar kafedra müdirləri seçilməsi və ya namizədliklərini yenidən irəli sürməsi qəliz, çətin görünür. Etikxeber.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İdlibdə Türk ordusunun generalı vəfat edib

Sonrakı məqalə

Donald Tramp Nobel Sülh Mükafatına namizəd göstərilib