İdlibdə Türkiyə ordusuna hava hucumu –

22 türk əsgəri şəhid oldu, Ərdoğan təcili toplantı keçirir (YENİLƏNİB)
28 Fevral 2020 - 01:19

 

Hatay valisi Rahmi Doğanın Türkiyənin NTV kanalına verdiyi son açıqlamaya görə, İdlibdə Türkiyə Silahlı Qüvvələrinin hava hücumuna məruz qalması nəticəsində şəhid sayı artıb. Vali 22 türk əsgərinin şəhid olduğunu bildirib.

**

İdlibdə Türkiyə Silahlı Qüvvələri hava hücumuna məruz qalıb, 9 türk əsgəri şəhid olub.

Bu barədə Hatay valisi Rahmi Doğan bildirib.

Vali əlavə edib ki, hücum zamanı Türkiyənin bir neçə hərbi qulluqçusu da yaralanıb.

Qeyd edək ki, hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Beştəpədəki Prezident Adminstrasiyasında təcili toplantı keçirir.

Toplantıda Türkiyənin Müdafiə naziri Hulusi Akar, Xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Hakan Fidan iştirak edir. (APA)