Azərbaycana İsveçrədən 1200 manatlıq keçilər gətirilib –FOTO

Azərbaycana İsveçrədən Alpin və Zannen cinsindən olan keçilər gətirilib.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin sözçüsü Vüqar Hüseynov bildirib. Onun saytımıza verdiyi məlumata görə, ölkəyə ümumilikdə 300 baş keçi heyvanların cins tərkibinin yaxşılaşdırılması proqramı çərçivəsində gətirilib.

Vüqar Hüseynovun sözlərinə görə, bu keçilərin özəlliyi gün ərzində 4-6 litr süd verə bilməsidir: “Həmçinin bu keçilər yerli iqlim şəraitinə tez uyğunlaşırlar. Əsasən, qapalı şəraitdə yetişdirilən keçilərdir. Hazırda Heyvandarlıq Elmi Tədqiqat İnstutunda 21 günlük karantindədirlər. Ondan sonra fermerlərə təklif olunacaq. Hazırda bu məqsədlə Göygöldə Heyvandarlıq Elmi Tədqiqat İnstutundayıq”, – deyə o bildirib.

Məlumata görə, keçilərin qiyməti 1200 manatdır. Lakin dövlət keçiləri yerli fermerlərə güzəştli şərtlərlə satdığı üçün bu heyvanlar 450 manata başa gəlir. Çəkisindən asılı olaraq keçilərin qiyməti 450-600 manat arasında dəyişir.

“Artıq yerli fermerlərimiz sözügedən heyvanlardan sifariş edirlər. Davamlı şəkildə də təchizatçı şirkətlər tərəfindən gətiriləcək. Bazarda olan tələbata uyğun olaraq bu keçilərdən yenə də gətiriləcək. Nazirlik olaraq biz fermerlər arasında maarifləndirmə işləri aparırıq”, – deyə Vüqar Hüseynov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ceki Çan:

Sonrakı məqalə

İdlibdə Türkiyə ordusuna hava hucumu –