Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

İdman zalında həddindən artıq məşq əks təsir göstərə bilər –

User 28 İyun 2025 - 18:24 (Last updated: 28 İyun 2025 - 16:56)
İdman zalı

İdman zalı

Yeni bir araşdırma nəticəsində məlum olub ki, idman zalında çəkilərlə məşqlər zamanı əzələlərin tükənməsinə qədər idman etmək əzələ böyüməsinə təsir edir, lakin belə güc artımı heç də doğru hesab olunmur.

“The İndependent” nəşri xəbər verir ki, həmin araşdırmanın nəticələri “Sports Medicine” jurnalında dərc edilib.

Florida Atlantik Universitetinin alimlərinin fikrincə, əzələ yaratmağı hədəfləyənlər onun inkişafını optimallaşdırmaq və ya zədə riskini minimuma endirmək üçün “effektiv zona” daxilində işləməlidirlər. Bildirilib ki, güc məşqlərində əzələləri tükənəcək qədər gərginləşdirməkdənsə, daha ağır yüklər üzərində işləmək lazımdır. Məşq edənin tükənməyə nə qədər yaxınlaşması ilə əzələ kütləsi və gücündəki qazanc arasında əlaqəni daha yaxşı başa düşmək üçün əvvəlki 214 araşdırma tədqiq edilib.

Tədqiqatçılar bildiriblər ki, yük intensivliyi insanın gücünü artırmaqda daha böyük rol oynaya bilər. Bu zaman təlimlərin, məşqlərin çətinliyi uzun müddətdə ümumi performansı pozmağa qadirdir. Həmin səbəbdən alimlər güc toplamaq üçün məşq edənlərə bədənə əlavə fiziki yük qoymadan istirahəti tövsiyə edirlər. Qeyd olunub ki, bu nüansları başa düşmək idman zalında məşq edənlərə gündəlik işləri optimallaşdırmağa daha yaxşı imkan verəcək. Tədqiqatçılar daha bir faktı əlavə edərək bildiriblər ki, lüzumsuz yorğunluğa öyrəşmək sinir-əzələ yorğunluğu ehtimalının artmasına səbəb ola bilər.

Alimlər diqqətə çatdırıblar ki, gələcək tədqiqatlara işıq sala biləcək bu araşdırma məşq edənlərin konseptual anlayışını təkmilləşdirmək potensialına malikdir. (AzərTac)

AzPost.az

Post navigation

Previous: Kanalizasiya quyusuna düşən gəncin meyiti tapıldı
Next: Bolşevik rəhbəri Leninin dəfnindən GÖRÜNTÜLƏR –

Oxşar xəbərlər

oqrular esas
  • Araşdırma

Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?

User 15 Noyabr 2026 - 15:47
heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13

xƏBƏR

pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra tutduğu vəzifədən gedəcəyini vəd edib. Bu barədə...
Read more about Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.