II ixtisas qrupunda 5 ixtisas ləğv edilib –4 yeni ixtisas yaradılıb

Azərbaycanda II ixtisas qrupunda 5 ixtisas ləğv edilib, 4 yeni ixtisas yaradılıb.

Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Beləliklə, Dünya iqtisadiyyatı, Mühasibat uçotu və audit, Sənayenin təşkili və idarə olunması, Kommersiya, Turizm və otelçilik ixtisasları ləğv edilib. II ixtisas qrupuna daxil edilən yeni ixtisasların siyahısında isə Beynəlxalq ticarət və logistika, Mühasibat, Turizm bələdçiliyi və Turizm işinin təşkili ixtisasları yer alıb. Beləliklə, son dəyişiklikdən sonra II ixtisas qrupuna aşağıdakı 21 ixtisas daxildir:

  1. Coğrafiya müəllimliyi
  2. Tarix və coğrafiya müəllimliyi
  3. Beynəlxalq münasibətlər
  4. Regionşünaslıq (regionlar üzrə)
  5. Sosiologiya
  6. Beynəlxalq ticarət və logistika
  7. Biznesin idarə edilməsi
  8. Davamlı inkişafın idarə edilməsi
  9. Dövlət və bələdiyyə idarəetməsi
  10. İqtisadiyyat
  11. Maliyyə
  12. Marketinq
  13. Menecment
  14. Mühasibat
  15. Statistika
  16. Coğrafiya
  17. Hidrometeorologiya
  18. İdman menecmenti və kommunikasiya
  19. Nəqliyyatda servis (nəqliyyat növləri üzrə)
  20. Turizm bələdçiliyi
  21. Turizm işinin təşkili
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Alimlər ilk dəfə süni ilan zəhəri hazırlayıblar

Sonrakı məqalə

İsgəndər Həmidovu müayinə etmək üçün Türkiyədən həkimlər gəlib –