“Xarici texnologiya olmadan gəmilər inşa etməyi öyrənilməliyik”- Putin 2 ay vaxt verdi

Rusiya hökuməti mümkün qədər tez bir zamanda yerli mülki gəmiqayırmanın inkişafı, o cümlədən yerli gəmi avadanlıqları və komponentlərinin inkişafı və istehsalı üçün təkliflər hazırlamalıdır.

Azpost.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bu barədə Nazirlər Kabinetinə göstəriş verib.

Belə ki, yaxın iki ayda – iyunun 15-dək sanksiyalar və idxal olunan avadanlığın tədarükünə qadağa kontekstində gəmiqayırmanın inkişafı üzrə kompleks plan hazırlanmalıdır. Putin Baş nazir Mixail Mişustini onun icrasına cavabdeh təyin edib.

Putinin göstərişində deyilir ki, hökumət Rusiya məhsullarının ixracı üçün nəzərdə tutulan gəmilərin tikintisinə xüsusi diqqət ayırmalıdır. Bundan başqa, gəmilərin tikintisi və təmiri ilə məşğul olan təşkilatların istehsal potensialının inkişafının müfəssəl sxeminin işlənib hazırlanması, o cümlədən güzəştli kredit faizləri və Milli Bankdan pul vəsaitləri hesabına uzunmüddətli maliyyələşdirmə alətlərinin hazırlanması zəruridir.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan kibertəhlükəsizlik üzrə 42 ölkə arasında 13-cü yerdədir –

Sonrakı məqalə

Bulvarda gəzinti gəmiləri niyə işləmir?