İki həftədə 187 kq marixuana, 58 kq heroin, 11 kq “şüşə” dövriyyədən çıxarılıb –

DİN
17 İyul 2021 - 14:12

Daxili İşlər Nazirliyi (DİN) iyulun 1-dən 17-nə kimi polis əməkdaşları tərəfindən qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin miqdarını açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, son 16 gün ərzində 187 kq marixuana, 92 qr bonzai, 3,1 qr metadon, 58 kq heroin, 24 ton çətənə (əkin), 11 kq metamfetamin, 3 kq tiryək, 11 ton çətənə (yabanı), 427 ekstazi, 15 qr kokain, 59 qr həşiş, 470 preqabalin dövriyyədən çıxarılıb.