Almaniya kansleri Olaf Şolzla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Azpost.info bildirir ki, bu barədə Almaniyanın “Süddeutsche Zeitung” qəzeti məlumat yayıb.
Bu, onların demək olar ki, iki il ərzində ilk ünsiyyətidir. Telefon danışğı uzun hazırlıqdan sonra baş tutub.
Media söhbətin bir saatdan çox davam etdiyini iddia edir. Lakin hazırda tərəflərdən heç biri bu məlumatı rəsmən təsdiqləməyib.
Bazar ertəsi Şolts ARD televiziyasına verdiyi müsahibədə Putinlə danışmaq üçün uyğun vaxtın tezliklə gələcəyini söyləyib. Daha əvvəl Bloomberg Olaf Çoltsun və Vladimir Putinin cümə günü telefonla danışacağı barədə məlumat yayıb.