“İki ölkə arasında münasibətlər qaya kimi möhkəmdir”- Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi

Azərbaycan və Böyük Britaniya arasında bütün sahələrdə əlaqələr birinci səviyyəlidir, yüksək səviyyədədir.

Bunu APA-nın sualına cavab olaraq Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson bildirib.

“Böyük Britaniya kimi Azərbaycan tərəfi də ənənəvi enerji mənbələrilə yanaşı bərpaolunan enerji istiqamətində irəliləyir ki, bu da vacibdir. Çünki dünya əhalisi artır, tələblər artır. Biz Azərbaycan hökuməti ilə yaşıl enerji sahəsində çox əzmlə işləyirik. Və ümumilikdə iki ölkə arasında münasibətlər qaya kimi möhkəmdir” – deyə o, vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.