“İkinci aydır işsizəm, işsizlər gör necə əzab çəkirmiş” –Qubad İbadoğlu

“İkinci aydır ki, işsizəm. İqtisadçı kimi işsizliyin yaratdığı fəsadları bilməyimə baxmayaraq, bu sosial bəlanı ilk dəfədir ki, gerçək həyatda yaşayıram, işsizlərin problemlərini praktikada sınaqdan keçirirəm”.
Azpost.info bildirir ki, bu sözləri tanınmış iqtisadçı alim Qubad İbadoğlu sosial şəbəkədə yazıb.
O, bahalıqdan şikayətlənib: “Fikirləşirəm ki, illərlə bu əzaba düçar olanlar görün nələr çəkirmiş, xüsusilə də Bakı kimi bahalı şəhərdə yaşayanlar. Xatırladım ki, işsizlərə müavinət və ya iş yerləri təklif etmək, hər kəsin yaşayış hüququnu təmin etmək, uşaqların, əlillərin, ahılların, aztəminatlıların sosial qayğısını çəkmək hakimiyyətin ən ümdə vəzifəsidir. Özümü nəzərdə tutmuram, mənim bu hakimiyyətdən heç bir gözləntim yoxdur!”
Qeyd edək ki, Q.İbadoğlu ABŞ-da ali məktəbdə dərs deyib. Bu il müqavilə bitdiyi üçün vətənə qayıdıb.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vaksin vurdurmayan valideynlərin övladları məktəbə buraxılmayacaq? –

Sonrakı məqalə

“Paşinyan sülh bağlamaq istəmir, Zəngəzura dəhliz vermir…”–