Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

İldırım zamanı qamma şüaları saçılır

Orkhan Ali 23 May 2025 - 12:05 (Last updated: 23 May 2025 - 12:06)
Şimşək

Şimşək

Alimlər ildırım çaxarkən baş verən qəribə və güclü enerjili bir hadisəni – qamma-şüa partlamasını ilk dəfə birbaşa müşahidə ediblər. AzPost bildirir ki, bu kəşf Yaponiya və ABŞ tədqiqatçılarının birgə araşdırması nəticəsində baş tutub.

Qamma-şüaları adətən kosmosdan gələn enerjili dalğalar kimi tanınırdı. Lakin indi məlum olub ki, bu təhlükəli şüalar yer üzündə də, özü də ildırım çaxan anda yaranır. Osaka Universitetinin alimləri ildırımın içində baş verən bu güclü radiasiyanı xüsusi qurğularla izləyiblər.

Araşdırma zamanı Kanazava şəhərində quraşdırılmış iki cihazdan biri qamma radiasiyasını, digəri isə ildırımdan əvvəl yaranan elektrik yollarını qeydə alıb. Nəticədə məlum olub ki, qamma-şüaları ildırım tam çaxmazdan bir neçə mikrosaniyə əvvəl yaranır və çaxma tamamlandıqdan dərhal sonra zirvəyə çatır.

Uzun illər ildırım sadəcə bir işıq və səs effekti kimi qəbul edilirdi. Amma bu yeni tapıntı göstərir ki, ildırım zamanı atmosferdə güclü elektrik sahələri yaranır və bu sahələr elektronları işıq sürətinə yaxın sürətlə hərəkətə gətirir. Nəticədə isə qamma-şüalar əmələ gəlir.

Alimlər bu kəşfin ildırımın təbiətini anlamaqda mühüm addım olduğunu deyirlər. Belə görünür ki, göy gurultusu təkcə səs və işıq yox, həm də görünməyən enerjilərlə doludur.

AzPost.az

Post navigation

Previous: Ali məktəblərə qəbul üçün plan yerlərinin sayı artırılıb
Next: Fırıldaqçılar yeni üsula əl atdı: kartınızı könüllü verirsiniz!

Oxşar xəbərlər

burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
ölüm
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb

User 06 Noyabr 2026 - 16:52

xƏBƏR

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla...
Read more about Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.