İlham Əliyev 2019-cu il dövlət büdcəsinin icrası barədə hesabatı parlamentə göndərdi

15 May 2020 - 18:58

Prezident İlham Əliyev 2019-cu il dövlət büdcəsinin icrası barədə hesabatı parlamentə göndərib.

Azpost.info bildirir ki, bu barədə Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirlir ki,  2019-cu il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikasının qanun layihəsi və 2019-cu il dövlət büdcəsinin icrası barədə hesabat Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim olunub.