Koronavirusdan sağalmış xroniki xəstələr, siqaret çəkənlər əlilliklə üzləşə bilər

“Koronavirus zamanı ağciyərlər ciddi zədələnir”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, vərəm və digər infeksion xəstəliklər keçirənlər, xroniki xəstəlikləri olanlar, siqaret çəkənlər yoluxan zaman ağciyərdə ciddi problemlər yaranır: “Bu insanlar gələcəkdə də nəfəs çatışmazlığından əziyyət çəkə bilərlər. Bu xəstəlikdən sağalanların gələcəkdə əlilliklə üzləşməsi mümkündür. Gənclərin isə sağaldıqdan sonra toxumaları gənc olduğu üçün onların ciddi fəsadlarla üzləşməsi gözlənməyə bilər. Bu xəstəliyin digər insanlarda hansı fəsadlar yaratması hələ araşdırılmayıb, bu, gələcəkdə tam məlum olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əfqan Nağıyev DSX rəisinin müavini vəzifəsindən azad edilib

Sonrakı məqalə

İlham Əliyev 2019-cu il dövlət büdcəsinin icrası barədə hesabatı parlamentə göndərdi