İlham Əliyev Bakı– Qəbələ yolunun yenidən qurulması layihəsi ilə tanış olub

29 İyul 2020 - 11:16

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Bakı-Şamaxı-Muğanlı-İsmayıllı–Qəbələ avtomobil yolunun 131,5-ci kilometrindən 215-ci kilometrinə qədər olan hissəsinin yenidən qurulması layihəsi ilə tanış olub.

Dövlətimizin başçısına layihə üzrə görüləcək işlər barədə məlumat verilib.