Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

İlham Əliyev və Mehriban Əliyevaya Zəngilanın Baş planı təqdim olunub

User 26 May 2022 - 21:56 (Last updated: 21 May 2025 - 20:15)
ilham zengilan plan

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya Zəngilan şəhərinin Baş planı təqdim olundu.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev məlumat verdi ki, Baş plan Komitənin sifarişi əsasında bu sahədə böyük təcrübəyə malik nüfuzlu beynəlxalq şəhərsalma qrupu – İsveçrənin “sa_partners” şirkəti tərəfindən yerli mütəxəssislərin iştirakı ilə hazırlanıb. Layihəyə əsasən, Zəngilan şəhəri beynəlxalq əhəmiyyətli Zəngəzur nəqliyyat dəhlizi ilə sıx əlaqələri olan strateji əhəmiyyətli yaşayış məntəqəsi kimi inkişaf etdiriləcək. Belə ki, Araz vadisinin yaxınlığında, həm Zəngəzur nəqliyyat dəhlizindən, həm də Zəngilan Beynəlxalq Hava Limanından cəmi 10 kilometr məsafədə yenidən qurulacaq şəhər yaradılacaq əhəmiyyətli nəqliyyat şəbəkəsini müasir infrastrukturu ilə tamamlayacaq. Şəhərin strateji əhəmiyyəti nəzərə alınaraq Baş planda Zəngilanın beynəlxalq nəqliyyat dəhlizi ilə əlaqəsi olan logistika, turizm və ticarət mərkəzi, bərpaolunan enerji məkanı kimi inkişaf etdirilməsi nəzərdə tutulur.

Diqqətə çatdırıldı ki, Baş planının konseptual əsasını “rahat yaşayış”, “yaşıl və təmiz”, “mütərəqqi innovasiyalar” kimi şəhər yanaşmaları təşkil edir. Gələcəyin şəhəri mənzərəli landşaftı, çayətrafı ictimai məkanları, sağlam ətraf mühiti sayəsində sakinləri və qonaqları üçün rahat həyat şəraiti ilə seçiləcək. Şəhərin yerləşdiyi Oxçuçay çayının sahilində geniş parkın, həmçinin dağüstü parkın və daxili yaşıl dəhlizlərin salınması əhalinin asudə vaxtının səmərəli və maraqlı təşkili ilə yanaşı, təmiz ekoloji mühitin formalaşmasına imkan yaradacaq. Burada “ağıllı şəhər” yanaşmasının tətbiqi, müasir texnologiyalardan və bərpaolunan enerji mənbələrindən geniş istifadə edilməsi isə Zəngilanın yaşayış üçün əlverişliliyini artıracaq, nəqliyyat sistemini ekoloji təmiz, müasir və davamlı edəcək, onu iqtisadiyyatın inkişafı baxımından region səviyyəsində nümunəvi şəhərə çevirəcək.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “sa_partners” şirkətinin nümayəndələri ilə söhbət etdilər.

Prezident İlham Əliyev dedi: Salam. Siz görməyimə şadam. Təbrik edirəm. Bilirsiniz ki, çoxlu ideyalar, təkliflər olur. Lakin yekdil qərarla sizin konsepsiya ən yaxşı kimi qəbul olundu. Mən belə hesab edirəm ki, o, təbiətə yaxşı inteqrasiya edilib. Xüsusilə, burada, Zəngilanda biz şəhəri təbiətə inteqrasiya etməliyik və onu park şəhərinə çevirməliyik. Küçə boyu gəzərkən insanlar sanki özlərini parkda hesab etsinlər. Bəli, parkda, təbiətdə. Yaşayış binalarının konsepsiyası da yüksəkmərtəbəli olmayan, şəffaf, çox gözəl olmalıdır.

Şirkətin nümayəndəsi: Əvvəla, təşəkkürümüzü bildirməliyəm. Biz çox şadıq ki, burada – Azərbaycanın çox gözəl guşəsindəyik. Bura ən yaxşı yerlərdən biridir. Biz buraya öz töhfəmizi verdiyimizə görə fərəhlənirik. Hesab edirəm ki, eyni konsepsiya ölkənizin digər əraziləri üçün örnək olmalıdır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Oxçuçayın mənzərəsini seyr etdilər.

Post navigation

Previous: MEDİA ənənəvi mediadan yeni mediaya keçidlə bağlı müzakirələr təşkil edib
Next: 30 aprel və 1 mayda keçirilən buraxılış imtahanlarının nəticəsi açıqlanıb

Oxşar xəbərlər

neft iran bazar02
  • Baş Yazı

ABŞ–İran davası nefti 105 dollara yaxınlaşdırdı – Azərbaycan nə qazanacaq, əhali nə itirə bilər?

User 03 Noyabr 2026 - 10:30
fermer01
  • Baş Yazı

Azərbaycan fermerlərini hansı təhlükə gözləyir? – İqlim dəyişikliyi nəyi dəyişəcək?

User 02 Noyabr 2026 - 17:09
ilham tramp 01
  • Baş Yazı

Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi

User 01 Noyabr 2026 - 21:46

xƏBƏR

urekgetme
  • Sosial

Bu sindrom ömrü 20 il qısalda bilər – Hansı təhlükəli xəstəliklərə səbəb olur?

User 03 Noyabr 2026 - 10:37
Metabolik sindrom insanın ömrünü 10–20 il qısalda və bir sıra təhlükəli xəstəliklərin yaranmasına səbəb ola bilər. Bu...
Read more about Bu sindrom ömrü 20 il qısalda bilər – Hansı təhlükəli xəstəliklərə səbəb olur?
ABŞ–İran davası nefti 105 dollara yaxınlaşdırdı – Azərbaycan nə qazanacaq, əhali nə itirə bilər? neft iran bazar02
  • Baş Yazı

ABŞ–İran davası nefti 105 dollara yaxınlaşdırdı – Azərbaycan nə qazanacaq, əhali nə itirə bilər?

User 03 Noyabr 2026 - 10:30
Azərbaycanda bir gündə 50 nəfər saxlanıldı – 122 axtarışda olan şəxs tutuldu DIN
  • Sosial

Azərbaycanda bir gündə 50 nəfər saxlanıldı – 122 axtarışda olan şəxs tutuldu

User 03 Noyabr 2026 - 10:03
ABŞ İrandakı hücumlarını gizli saxlayır – Qeşm adasına zərbə endirildi abs zerbe iran
  • Dünya

ABŞ İrandakı hücumlarını gizli saxlayır – Qeşm adasına zərbə endirildi

User 03 Noyabr 2026 - 10:00
Bürclər üçün 3 noyabr proqnozu – Kimləri sevgi, kimləri pul gözləyir? burcler
  • Maraqlı

Bürclər üçün 3 noyabr proqnozu – Kimləri sevgi, kimləri pul gözləyir?

User 03 Noyabr 2026 - 09:56
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.