Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

MEDİA ənənəvi mediadan yeni mediaya keçidlə bağlı müzakirələr təşkil edib

User 26 May 2022 - 21:17 (Last updated: 21 May 2025 - 20:15)
media masa

Mayın 26-da ADA Universitetində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və beynəlxalq ekspertlərin iştirakı ilə “Ənənəvi mediadan yeni mediaya keçid: Qlobal trendlər və hədəflər” mövzusunda dəyirmi masa keçirilib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun moderatorluğu ilə keçirilən dəyirmi masada Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondunun prezidenti Aygün Attar, Türk Dövlətləri Təşkilatının mətbuat katibi Qəhrəman Halisçəlik, “Sabah” qəzetinin əməkdaşı Mahmud Övür və “Star” qəzetinin köşə yazarı Ardan Zentürk çıxış ediblər.

Dəyirmi masada Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycanda media sahəsində aparılan islahatlar barədə danışıb. Bildirib ki, çağdaş Azərbaycan oxucusunun keyfiyyətli kontentlə təmin olunması üçün bütün digər media subyektləri kimi qəzetlər də inkişaf etməlidir. Vurğulanıb ki, MEDİA Agentliyi çap mediasının onlayn formata keçidinin təmin edilməsi məqsədilə Azərbaycanda ilk dəfə olaraq müxtəlif qəzet və dərgilərin elektron versiyasının yerləşdiriləcəyi “E-köşk” platformasının yaradılması prosesini başa çatdırmışdır. İcraçı direktor bildirib ki, dövlət dəstəyinin məqsədi çap mediasının yalnız biznes strukturu kimi formalaşmasına yardım etmək deyil, texniki imkanlar baxımından onlayn media ilə bərabər olmayan rəqabət şəraitində ciddi fikir tribunası kimi qəzetlərin ayaqda qalmasına kömək göstərməkdir. Başqa sözlə desək, dövlət yazılı medianın timsalında Azərbaycan dilinin inkişafına, ənənəvi publisistik düşüncənin yaşamasına və eyni zamanda cəmiyyətdə plüralizmin möhkəmlənərək sərhədlərinin genişlənməsinə dəstək göstərir.

Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondunun prezidenti Aygün Attar 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qalib mediasının önündə yeni vəzifələrin olduğunu bildirib, qalib medianın inkişafını təmin etməyin vacibliyini vurğulayıb.

Dəyirmi masada müzakirəyə qatılan Türkiyədə akkreditasiyadan keçmiş beynəlxalq media subyektlərinin təmsilçiləri medianın müasir trendləri ilə bağlı fikirlərini bildirib və Türkiyə təcrübəsindən çıxış edərək rəqəmsal media mühitinə keçidlə bağlı düşüncələrini bölüşüblər.

Post navigation

Previous: Mehriban Əliyeva Zəngilandan paylaşım edib –
Next: İlham Əliyev və Mehriban Əliyevaya Zəngilanın Baş planı təqdim olunub

Oxşar xəbərlər

ayfon 17
  • Media

Azərbaycanda iPhone mövqelərini niyə itirir? – Samsung və Xiaomi önə keçir

User 02 Noyabr 2026 - 15:05
vuqar zif
  • Media

Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir

User 01 Noyabr 2026 - 18:37
suni intelekt is
  • Media

Süni intellekt bumeranqı – Şirkətlər işdən çıxardıqları əməkdaşları geri çağırır

User 01 Noyabr 2026 - 16:00

xƏBƏR

burcler
  • Maraqlı

Bürclər üçün 3 noyabr proqnozu – Kimləri sevgi, kimləri pul gözləyir?

User 03 Noyabr 2026 - 09:56
Qoç Çərşənbə axşamı əvvəllər fasilələrlə irəliləyən bir işi gözəçarpan nəticəyə çatdırmaq imkanı yaranacaq. Bunun üçün paralel müzakirələrə...
Read more about Bürclər üçün 3 noyabr proqnozu – Kimləri sevgi, kimləri pul gözləyir?
ABŞ-da təyyarə qəzası – Milyonçu, arvadı və azyaşlı uşaqları öldü teyyare qeza
  • Dünya

ABŞ-da təyyarə qəzası – Milyonçu, arvadı və azyaşlı uşaqları öldü

User 03 Noyabr 2026 - 09:50
Rusiya-Ukrayna danışıqları 10-11 noyabrda Əbu-Dabidə keçiriləcək rus-ukr-danisiq
  • Dünya

Rusiya-Ukrayna danışıqları 10-11 noyabrda Əbu-Dabidə keçiriləcək

User 03 Noyabr 2026 - 09:30
Bu günə olan valyuta məzənnələri valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 03 Noyabr 2026 - 09:24
İran ABŞ-a xəbərdarlıq etdi – “Hücum etsələr, daha sərt cavab alacaqlar” Əraqçi
  • Dünya

İran ABŞ-a xəbərdarlıq etdi – “Hücum etsələr, daha sərt cavab alacaqlar”

User 02 Noyabr 2026 - 23:22
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.