Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

User 27 İyun 2022 - 12:47 (Last updated: 21 May 2025 - 20:15)
ilham iet

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Tahanı qəbul edib.

Prezident İlham Əliyev Azərbaycanın xarici siyasət prioritetlərində müsəlman ölkələri ilə əməkdaşlığın xüsusi yer tutduğunu qeyd edərək, bu əməkdaşlığın həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla aparıldığını bildirib.

Dövlət başçısı ölkəmizin İƏT ilə səmərəli əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq Azərbaycanın islam həmrəyliyinin gücləndirilməsi işində çox fəal çalışdığını qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatına üzv olan bir çox müsəlman ölkələri ilə də sıx əməkdaşlıq edir. Bununla əlaqədar dövlət başçısı bu günlərdə Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis ediləcəyini məmnunluqla vurğulayıb.

Prezident İlham Əliyev həm İkinci Qarabağ müharibəsi zamanı, həm də postmüharibə dövründə İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanın haqq işini, ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirib.

Dövlət başçısı işğal illərində ermənilər tərəfindən tarixi və mədəni abidələrimizin, o cümlədən məscidlərimizin vəhşicəsinə darmadağın edildiyini bildirərək bunu xalqımıza qarşı mədəni soyqırımı, bütün müsəlman ölkələrinə qarşı təhqir kimi dəyərləndirib.

Azərbaycan Prezidenti işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma layihələrindən, o cümlədən dini abidələrimizin bərpası istiqamətində görülən işlərdən danışıb.

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana səfərindən məmnunluq hissi keçirdiyini qeyd edib. Hissein Brahim Taha Azərbaycanın İƏT üçün çox önəmli ölkə olduğunu bildirərək dövlət başçısının lider kimi fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, İƏT Prezident İlham Əliyevin üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsi istiqamətindəki mövqeyinin dünya miqyasında təşviq edilməsi üçün yorulmaz səylər göstərir.

Prezident İlham Əliyev BMT tərəfindən də təqdir edilən və İslam Əməkdaşlıq Təşkilatı ilə Avropa Şurasının birgə əməkdaşlığının təzahürü olan Bakı Prosesinin mədəniyyətlərarası dialoqa verdiyi töhfəni xüsusi qeyd edib.

Görüşdə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında həmrəyliyin önəmi vurğulandı, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Dünyanın bəzi regionlarında islamofobiya meyillərinin artdığı bildirilib və onun qarşısının alınması istiqamətində birgə fəaliyyətin aparılmasının vacibliyi vurğulanıb.

Post navigation

Previous: Sabaha olan hava proqnozu
Next: NATO-nun qarşıdakı 10 il üçün strategiyası necə olacaq? –

Oxşar xəbərlər

telebeler
  • Baş Yazı

Türkiyədə 40 min azərbaycanlı tələbə oxuyur -Xaricdə təhsil alanların sayı niyə dəqiq bilinmir?

User 22 Oktyabr 2026 - 16:33
elektrik xetti
  • Baş Yazı

Azərbaycan Avropaya elektrik satacaq – Nəhəng layihə nə vaxt reallaşacaq?

User 22 Oktyabr 2026 - 14:45
ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Prezident İlham Əliyevə zəng edib

User 21 Oktyabr 2026 - 19:54

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.