Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

İlham Əliyev və Paşinyan görüşündə hansı razılıqlar əldə edilib? –

User 07 Aprel 2022 - 02:47 (Last updated: 21 May 2025 - 20:15)
ilham pasinyan brussel

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Azərbaycan və Ermənistan liderləri ilə Brüsseldə keçirilmiş görüşün nəticələri barədə açıqlama verib. 

Azpost.info bildirir ki, görüşün nəticələrinə görə aprelin sonun qədər Azərbaycan -Ermənistan sərhədinin delimitasiyası ilə bağlı ikitərəfli komissiyanın yaradılması barədə razılıq əldə edilib. Bu 26 noyabrda Soçidə əldə edilmiş razılaşmanın bazası əsasında yaradılacaq.

İkitərəfli komissiya sərhədboyu təhlükəsizlik və sabitliyin təmin edilməsi ilə bağlı məsələləri koordinasiya edəcək.

Azərbaycan Prezidenti və Ermnistanın Baş naziri iki ölkə arasında sülh danışıqlarının başlanmasına hazırlıq üçün XİN başçılarına göstəriş verib.

Mişel deyib ki, danışıqlarda mühüm addım atılıb. Onun sözlərinə görə, üçtərəfli görüşdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması prosesinə başlamaq üçün işçi qrupun yaradılması barədə qərarı qəbul edilib.

Mişel bu əlaqə kanalının yaxın zamanlarda yaradılacağına ümid etdiyini bildirib.

Mişel bununla yanaşı Azərbaycan və Ermənistan arasında sazişin nə zamana imzalanacağı ilə bağlı proqnoz verməyib: “Hiss edirəm ki, irəli addım atmaq üçün ümumi istək var. Əminəm ki, biz bu gün mühüm addım atdıq. Bu gün proses start götürdü”-deyə Mişel vurğulayıb.

“Avropa İttifaqı üçün Cənubi Qafqazda sabitlik və rifah çox mühümdür. Odur ki, biz etimad tədbirlərinin qurulması üçün bütün müsbət səylərin dəstəkləyəcək prosesə qoşuluruq”-deyə Aİ Şurasının prezidenti bildirib.

Azpost.info

Post navigation

Previous: ABŞ Ukraynaya 100 PUA yollayıb
Next: Şarl Mişelin İlham Əliyev və Paşinyan ilə keçirilən görüşün yekunları ilə bağlı MÜSAHİBƏSİ –

Oxşar xəbərlər

menzil f
  • Baş Yazı

Bakıda mənzil və torpaq kəskin bahalaşdı – Ən çox artım hansı rayonlarda qeydə alınıb?

User 03 Noyabr 2026 - 19:24
dtx
  • Baş Yazı

Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib

User 03 Noyabr 2026 - 17:06
haker hebs01
  • Baş Yazı

Azərbaycana Ukraynadan gətirildilər – Vətəndaşları aldadan 4 kiberdələduzun kimliyi açıqlandı

User 03 Noyabr 2026 - 12:33

xƏBƏR

lukoyl
  • İqtisadiyyat

ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda

User 03 Noyabr 2026 - 22:40
ABŞ-li milyarder Todd Boelinin rəhbərlik etdiyi investorlar konsorsiumu ABŞ sanksiyaları altında olan Rusiyanın “Lukoyl” neft şirkətinin xarici...
Read more about ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda
Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb Qətl
  • Kriminal

Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb

User 03 Noyabr 2026 - 22:23
Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər? çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro! hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq? pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.