İlham Əliyev Zelenskiyə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskiyə Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərindəki helikopter qəzası ilə bağlı başsağlığı verib.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

“Hörmətli cənab Prezident.

Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 yanvar 2023-cü il”.

Əvvəlki məqalə

Xaçmazda saxlanmış jurnalist Cəmil Məmmədli azad edilib

Sonrakı məqalə

Blinken və Paşinyan Azərbaycanla sülh sazişini müzakirə edib